Polşa hökuməti Ukrayna sərhəd-keçid məntəqələrinin blokadasına son qoymaq üçün daşıyıcılarla razılığa gəlib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, Polşa hakimiyyəti daşıyıcıları Ukrayna ilə sərhəddəki 3 keçid məntəqəsinin blokadasını dayandırmağa inandırıb.
Noyabr ayından Ukrayna ilə sərhəd keçidlərini bağlayan Polşa daşıyıcıları yanvarın 17-də Kiyev vaxtı ilə saat 13:00-da etiraz aksiyalarını dayandıracaqlar. Hökumətin bəzi tələblərlə razılaşdığı bildirilir.
“Biz müəyyən şərtlərlə razılaşdıq. Hökumətin işləməsinə icazə verəcəyik, çünki bu, yeni hökumətdir”, - deyə etirazçıların nümayəndələri bildiriblər.