Modern.az

Putin İstanbul görüşündən danışdı: Ukrayna razılaşmışdı, lakin.. 

Putin İstanbul görüşündən danışdı: Ukrayna razılaşmışdı, lakin.. 

16 Yanvar 2024, 21:34

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbulda aparılmış sülh danışıqlarını şərh edib.

 

Modern.az xəbər verir ki, Putin bələdiyyə rəhbərləri ilə görüşdə 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflərin razılığa gəldiyini, bu razılıq əsasında Rusiyanın qoşunlarını Kiyev ətrafından geri çəkdiyini bildirib.

 

O deyib ki, Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya hətta razılaşmanı imzalamışdı.

 

Putin qeyd edib ki, indi David Araxamiya Rusiyanın Ukraynanın NATO-ya üzvlükdən imtinası müqabilində döyüş əməliyyatlarını dayandırmağa hazır olduğunu, lakin Britaniyanın ovaxtkı baş naziri Boris Consonun təkidi ilə İstanbul razılaşmasından imtina edildiyini deyir.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR