Modern.az

Çində əhalinin sayı 2 milyon nəfər azalıb

Çində əhalinin sayı 2 milyon nəfər azalıb

Dünya

17 Yanvar 2024, 09:40

Çinin əhalisi ötən il təxminən 2 milyon azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.

 

Çinin əhalisi hazırda təqribi 1 milyard 409 milyon nəfərdir.

 

Qeyd olunub ki, ölkə əhalisinin azalma tempi 2022-ci ildə olduğu kimi, 2023-cü ildə də davam edib.

 

Xatırladaq ki, Çində uzun illər demoqrafik siyasət ölkə əhalisini azaltmağa və təbii artımı mənfi istiqamətə kökləməyə istiqamətləndirilib. Xeyli müddət ölkədə 1 uşaqdan artıq övlad dünyaya gətirən ailələr cərimələnib.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR