Modern.az

Rusiya Ukraynada daha 730 hərbçisini itirdi

Rusiya Ukraynada daha 730 hərbçisini itirdi

Dünya

17 Yanvar 2024, 09:56

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 730 hərbçisini itirib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 372 820 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 13 tank, 14 zirehli döyüş maşını, 10 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR