Rusiyaya uçuşların bərpası qərarından sonra Gürcüstanın "Georgian Airways" aviaşirkəti 2023-cü ili rekord göstəricilərlə başa vurub.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bu müddət ərzində Gürcüstan aviaşirkəti 327 min sərnişinə xidmət göstərib ki, bu da 2022-ci illə müqayisədə 120% çoxdur.
"Georgian Airways" maliyyə hesabatlarını açıqlamır, ona görə də nə qədər gəlir və xalis mənfəət əldə etdiyi məlum deyil.