Modern.az

İran Pakistanı bombalayarkən Abdullahian bu ölkənin baş naziri ilə görüşüb

İran Pakistanı bombalayarkən Abdullahian bu ölkənin baş naziri ilə görüşüb

Dünya

17 Yanvar 2024, 12:10

Xəbər verdiyimiz kimi, İran Pakistanın Bəlucistan əyalətinə terrorçuluqla mübarizəni əsas gətirərək zərbələr endirib.

 

Modern.az "India Today"ə istinadən xəbər verir ki, bu zərbə İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Pakistanın müvəqqəti baş naziri Ənvar ul Haq Kakar arasında görüşə təsadüf edib.

 

Qeyd edək ki, İranın dövlət "Mehr" xəbər agentliyi Kuhe Sabz bölgəsində hədəf alınan Ceyşül-Ədl terror qruplaşması bazalarının ən böyük bazalardan biri olduğu barədə məlumat yayıb: "Bu bazalar raketlər və PUA-lar tərəfindən vurularaq məhv edilib".

 

Pakistan tərəfi İranın bu addımını qınayan bəyanat yayıb və suverenliyə müdaxilənin cavablandırılacağını, hadisə zamanı iki körpənin həyatını itirdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR