"Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması qeyri-mümkündür, lakin üzvlük proseduruna bu mərhələdə də başlamaq olar".
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.
"Müharibə zamanı bu mümkün deyil, lakin mən hesab edirəm ki, Ukrayna NATO-ya dəvət almalıdır. Bu məsələnin Alyansa üzv ölkələrin milli parlamentlərində müzakirəsi prosesi başlayacaq. Proses davam edə bilər və bu, NATO üçün çox vacibdir”, - Duda bildirib.
Polşa prezidenti qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması Alyansın gücü və Polşanın təhlükəsizliyi üçün vacibdir.