Modern.az

Avropa sakinləri həyatından məmnundurmu? - Xoşbəxt hiss edirlər...

Avropa sakinləri həyatından məmnundurmu? - Xoşbəxt hiss edirlər...

Dünya

17 Yanvar 2024, 13:48

Avropa İttifaqının statistik xidməti "Eurostat" birliyə daxil olan ölkələrin vətəndaşları arasında həyatdan məmnunluq reytinqini dərc edib.

 

Modern.az xəbər verir ki, sorğu iştirakçıları öz məmnunluqlarını 0 (çox narazı) ilə 10 (çox razı) arasında qiymətləndiriblər.

 

Nəticədə Aİ üzrə orta bal 7,1 bal təşkil edib. 27 Aİ ölkəsindən 18-də ümumi həyat məmnunluğu Aİ orta səviyyəsindən yuxarı və ya ona bərabər olub. Reytinq 2022-ci ildə keçirilən sorğu əsasında tərtib edilib.

 

Avstriya sakinləri həyatdan ən yüksək məmnuniyyəti ifadə ediblər (7,9), ardınca Finlandiya, Polşa və Rumıniya (hər biri 7,7), Belçika və Niderland (hər biri 7,6) gəlir. Ən aşağı məmnunluq səviyyəsi Bolqarıstanda (5,6) qeydə alınıb. Bir qədər yaxşı nəticələr Almaniya (6,5) və Yunanıstanda (6,7) olub.

 

"Eurostat" qeyd edib ki, Bolqarıstandan başqa bütün ölkələrin orta həyatdan məmnunluq balı 6-dan yuxarıdır. Bu, Aİ-də insanların əksəriyyətinin narazı olmaqdan daha çox məmnun olduqlarını göstərir.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR