Modern.az

Başqırdıstanda toqquşma - Ermənilərə görə həbs olunan fəal azadlığa çıxacaqmı...

Başqırdıstanda toqquşma - Ermənilərə görə həbs olunan fəal azadlığa çıxacaqmı...

Dünya

18 Yanvar 2024, 12:58

Dünən RF Başqırdıstanın Baymak rayonunda etiraz aksiyası keçirilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin gün məhkəmə tanınmış başqırd ictimai fəal Fail Alçinovu 4 il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib.

 

O, "nifrət və ya düşmənçiliyin salınması"nda ittiham olunub. İddiaya görə, Fail Alçinov 2023-cü ilin aprelində erməni millətindən olan şəxslərə qarşı "mənfi məzmunlu” çıxış edib. Rusiya İstintaq Komitəsi etirazları kütləvi iğtişaş hesab edərək cinayət işi açıb.

 

"Telegram" Başqırdıstandakı etirazları işıqlandıran "RusNews" nəşrinin kanalına girişi məhdudlaşdırıb. "RusNews"un jurnalistləri X-də kanalın bloklanması barədə məlumat yayıblar. Bloklama zamanı kanalın 14 mindən çox abunəçisi olub.

 

Bu gün səhər saatlarında Fail Alçınova dəstək aksiyasını koordinasiya etmək üçün istifadə edilən "Kushtau Bayram" teleqram kanalı yenidən əlçatmaz olub və "VKontakte" başqırd fəallarından ibarət “Irandyk Sabantuy” qrupunu bloklayıb.

 

Yanvarın 16-da axşam saatlarında "Sota" bir neçə başqırd teleqram kanalının bloklanmasına diqqət çəkib. Fəalı dəstəkləmək üçün bu gün məhkəməyə müraciət etmək çağırışı edilib.

 

Hadisələrə münasibət bildirən Başqırdıstanın rəhbəri Radiy Xabirov hesab edir ki, Baymak şəhərində baş verən iğtişaşlarda günahın bir hissəsi respublika hakimiyyətinin, o cümlədən özünün də üzərinə düşür. O, Fail Alçinovu "xain" adlandırıb.


“Haradasa bizim günahımız var. İndi biz bununla fəal məşğul olacağıq", - Xabirov əlavə edib.

 

Onun sözlərinə görə, xaricdən bir qrup şəxs Başqırdıstanı Rusiyadan ayırmağa çağırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə