Modern.az

İordaniya Suriyaya zərbələr endirdi - SƏBƏB

İordaniya Suriyaya zərbələr endirdi - SƏBƏB

Dünya

18 Yanvar 2024, 14:26

İordaniyanın Suriyanın cənubuna hava zərbələri endirib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, nəticədə 10 nəfər həlak olub.

 

Onların arasında uşaqların da olduğu deyilir. İordaniya rəsmilərindən hələlik hər hansı şərh verilməyib. İordaniyanın hava zərbələri ölkənin cənubundakı Suveyda əyalətinin Arman şəhərində iki evə endirilib. Onların narkotik daşıyanlar olduğu bildirilir.

 

İordaniya və onun Qərb müttəfiqləri narkotik qaçaqmalçılığında artımın səbəbkarı kimi Livanda yerləşən, İranın dəstəklədiyi Hizbullah və Suriyanın cənubuna nəzarət edən digər iranpərəst qrupları günahlandırır. İran və Hizbullah bu ittihamları müttəfiqləri Suriyaya qarşı Qərbin konspirasiya planı olduğunu iddia edir və narkotik istehsalı və qaçaqmalçılığında iştirakını inkar edir.

 

Müharibədən əziyyət çəkən Yaxın Şərq ölkəsi olan Suriya narkotik ticarəti üçün regionun əsas məkanına çevrilib, İordaniya isə əsas tranzit marşrutu kimi istifadə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə