Modern.az

Rusiya NATO-ya qoşulan ilk ölkələrdən olmalıdır - Yeltsin Klintona belə deyib?

Rusiya NATO-ya qoşulan ilk ölkələrdən olmalıdır - Yeltsin Klintona belə deyib?

Dünya

26 Yanvar 2024, 11:44

"Boris Yeltsin 1994-cü ilin əvvəlində Bill Klintona demişdi ki, Rusiya Federasiyası NATO-ya daxil olan bəzi ölkələr arasında birinci olmalıdır".

 

Modern.az xəbər verir ki, TASS-ın iddiasına görə, bu, Corc Vaşinqton Universitetində Amerikanın Milli Təhlükəsizlik Arxivi ictimai araşdırma təşkilatı tərəfindən açıqlanan ABŞ hökumətinin məxfi sənədlərində qeyd olunub.

 

"ABŞ-ın Moskvadakı səfirliyinin Vaşinqtona göndərdiyi bəyanata görə, Yeltsin yanvarda Klintonla Novo-Oqarevoda şam yeməyi zamanı ABŞ-Rusiya münasibətlərini sabitlik və təhlükəsizlik baxımından “dünyanın ən vacibi” adlandırıb".

 

İddialara görə o, məsələ ilə bağlı deyib:

 

"Biz, əlbəttə ki, NATO ilə bağlı sizinlə razıyıq. Rusiya NATO-ya daxil olan ilk ölkə olmalıdır. Onda Mərkəzi və Şərqi Avropanın digər ölkələri də qoşula bilər. ABŞ, Rusiya və avropalıların bir növ karteli olmalıdır”.

Bu xəbər ilə bağlı
Yeltsin elə söz deməyib, boşboğazlıqdır - Şevçenko
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə