Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefasından sonra bütün hökumət istefaya verəcək.
Modern.az xəbər verir ki, müvafiq prosedur Gürcüstan Konstitusiyasında yer alıb.
Belə ki, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır və hökumət yeni Baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir.
Hökumət başçısının vəzifələrinini isə Baş nazirin birinci müavini icra edir.