Modern.az

Mirzoyan polşalı həmkarı ilə Qafqazı müzakirə etdi

Mirzoyan polşalı həmkarı ilə Qafqazı müzakirə etdi

30 Yanvar 2024, 10:24

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşa Respublikasının yeni xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Qeyd olunub ki, həmsöhbətlər ikitərəfli əməkdaşlığa və onun gələcək inkişafı üçün mümkün gələcək təmaslara toxunublar.

 

Bildirilib ki, Ermənistan və Polşanın xarici işlər nazirləri Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

 

"Mirzoyan Ermənistan Respublikasının regionda sülh və sabitliyin bərqərar olması ilə bağlı baxışını, eləcə də onun əsasında duran əsas prinsipləri təqdim edib", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...