Modern.az

Nazir həbs edilən müavininin müdafiəsinə qalxdı - Məsuliyyəti öz üstümə götürməyə hazıram

Nazir həbs edilən müavininin müdafiəsinə qalxdı - Məsuliyyəti öz üstümə götürməyə hazıram

Dünya

2 Fevral 2024, 12:28

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bəyan edib ki, məsuliyyəti öz üzərinə götürməyə və korrupsiya qalmaqalı ilə bağlı mövqeyini baş nazirə təqdim etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barıdə "Sputnik Armenia" məlumat yayıb.

 

O, bütün proseslərin satınalmalar haqqında qanuna uyğun getdiyinə əmindir və ictimaiyyəti keçmiş müavini Ani İspiryanın iştirak etdiyi işlə bağlı ittiham aktını gözləməyə çağırıb. Kerobyanın özü isə dindirilməyə çağırılmayıb.

 

"Özümdən başqa heç kimə 100 faiz təminat verə bilmərəm, amma indiyə qədər irəli sürülən ittihamlar və bildiklərim deməyə imkan verir ki, bizim hərəkətlərimizdə qanunsuz heç nə yoxdur. Hesab edirəm ki, səhlənkarlıq belə yoxdur", - nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə