Rusiya Mərkəzi Seçki Komissiyası müharibə əleyhdarı olan prezidentliyə namizəd Boris Nadejdin və Sergey Malinkoviçin imzalarında “təəccüblü səhvlər” aşkar edib.
Modern.az xəbər verir ki, bunu MSK sədrinin müavini açıqlayıb.
"Namizədlər Boris Nadejdin və Sergey Malinkoviç fevralın 5-də Mərkəzi Seçki Komissiyasına imzalardakı çatışmazlıqlar barədə məlumat vermək üçün” dəvət olunacaqlar”, - deyə komissiyanın sədr müavini Nikolay Bulaev bildirib.
“Artıq bu dünyada olmayan, lakin imza atmış onlarla və daha çox insanı görəndə, imza toplayanlar da daxil olmaqla, istifadə olunan etik standartların bütövlüyü ilə bağlı sual yaranır. Müəyyən dərəcədə namizədin bunda birbaşa iştirakı var”, - Bulaev deyib.