Modern.az

Gürcüstanda yeni hökumətin ilk iclası - Kobaxidze baş nazir olaraq sədrlik edib

Gürcüstanda yeni hökumətin ilk iclası - Kobaxidze baş nazir olaraq sədrlik edib

12 Fevral 2024, 11:34

Gürcüstanın yeni hökumətinin ilk iclası keçirilib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, İrakli Kobaxidze iclasa baş nazir kimi sədrlik edib.

 

O bildirib ki, hökumət şəffaflıq və hesabatlılıq baxımından hamıya nümunə olmalıdır.

 

Qeyd edək ki, Gürcüstan hökumətində aparılmış kadr dəyişikliklərinə əsasən, İrakli Qaribaşvili hakim "Gürcü Arzusu" Partiyasının sədrliyinə, İrakli Kobaxidze isə baş nazirliyə keçərək yerlərini dəyişiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə