Modern.az

Ərdoğan Misirə getdi

Ərdoğan Misirə getdi

Dünya

14 Fevral 2024, 12:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən Misirə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Ərdoğan və xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca və digər rəsmilərlə Misirə gedib.

 

O, İttihadiyə Sarayında Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən rəsmi mərasimlə qarşılanacaq, ikitərəfli və nümayəndə heyəti ilə birgə görüşdən sonra mətbuat konfransı təşkil ediləcək.

 

Ərdoğan daha sonra Sisinin onun şərəfinə verdiyi rəsmi şam yeməyinə qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə