Gürcüstanda 3 hərbçi əsgər yoldaşını intihara sürükləməkdə ittiham olunur.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
İstintaqın məlumatına görə, hərbçilər əsgərin onların dostunun arvadı arasında şəxsi yazışmalardan xəbər tutublar. Qisas almaq üçün onu öz evində döyərək, hərbi hissədə hər şeyi üzə çıxaracaqları və orada qeyri-formal qaydada cəzalandırmaqla hədələyiblər.
Əsgər daha sonra hadisə yerindən qaçıb və asılmış vəziyyətdə tapılıb. Detallar araşdırılır.