Modern.az

Britaniya Navalnının ölümünə görə fərdi sanksiyalara hazırlaşır

Britaniya Navalnının ölümünə görə fərdi sanksiyalara hazırlaşır

18 Fevral 2024, 18:40

London Rusiya siyasətçisi Aleksey Navalnının ölümü ilə bağlı fərdi sanksiyaların tətbiqini nəzərdən keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalının efirində deyib.

 

“Buna görə məsuliyyət daşıyan fərdi şəxslərin olub-olmamasına və bizim görə biləcəyimiz fərdi tədbirlər, addımların olub-olmamasına baxırıq”, - Kemeron Münhen təhlükəsizlik konfransında deyib.

 

Qeyd edək ki, Navalnı fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. İstintaq Komitəsi ölüm faktı ilə bağlı araşdırmalara başlayıb.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...