Modern.az

Paşinyan Əliyevlə görüşündən danışdı: Masada mühüm sual var idi.. 

Paşinyan Əliyevlə görüşündən danışdı: Masada mühüm sual var idi.. 

Dünya

18 Fevral 2024, 22:15

Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Almaniyada yaşayan erməni diasporunun nümayəndələri ilə görüşü zamanı söz açıb.

 

Paşinyan deyib ki, görüş zamanı masada mühüm bir sual var idi.

 

"Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiqləyirlərmi? Əgər yekunlaşdırsaq, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar", - o qeyd edib.

 

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri Münhendə görüş keçirib.

 

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

 

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə