Modern.az

Sanatoriyaya gətirdiyi əcnəbi qadının pulunu əlindən aldı

Sanatoriyaya gətirdiyi əcnəbi qadının pulunu əlindən aldı

Dünya

19 Fevral 2024, 09:50

Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rus rublu məbləğində nağd pulu (1820AZN) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə