Modern.az

Orban hökuməti ABŞ senatorları ilə görüşdən imtina edib

Orban hökuməti ABŞ senatorları ilə görüşdən imtina edib

Dünya

19 Fevral 2024, 11:34

Macarıstan hökuməti ABŞ senatorları ilə görüşdən imtina edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Amerika nümayəndə heyətinin məqsədi İsveçin NATO-ya daxil olmaq üçün müraciətinin təsdiqini tələb etmək olub. Qəbuldan imtina edildikdən sonra ziyarətçilər bu davranışı "qəribə" kimi qeyd ediblər.

 

Bununla belə, onlar İsveçin NATO-ya üzvlüyünün fevralın 26-da Macarıstan qanunvericilərinin toplantısı zamanı ratifikasiyaya təqdim ediləcəyinə ümid etdiklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə