Ukrayna və Yaponiya biznes və yerli hakimiyyət orqanları arasında əməkdaşlıq haqqında 56 memorandum imzalayıb.
Modern.az UNIAN-a istinadən xəbər verir ki, Tokioda keçirilən İqtisadi İnkişaf və Bərpa Konfransı zamanı aşağıdakı sazişlər imzalanıb:
- ikiqat vergidən yayınma haqqında hökumətlərarası konvensiya;
- Ukraynanın bərpasını dəstəkləmək üçün Yaponiya təşkilatları ilə 10-dan çox müqavilə;
- bərpa proqramlarının həyata keçirilməsi üçün qrant müqavilələri;
- təhlükəsizlik və texnologiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası memorandum.
Qeyd edək ki, Ukrayna baş naziri Denis Şmıqal Yaponiyada səfərdədir.