Modern.az

Beynəlxalq Məhkəmə İsrailin Fələstindəki hərəkətlərini qiymətləndirəcək

Beynəlxalq Məhkəmə İsrailin Fələstindəki hərəkətlərini qiymətləndirəcək

19 Fevral 2024, 13:32

Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərindəki hərəkətlərini qiymətləndirəcək.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsi İsrailin hərəkətlərinin hüquqi nəticələri ilə bağlı dinləmələrə başlayacaq.

 

Məhkəmədə 52 ölkədən nümayəndənin çıxış edəcəyi gözlənilir. BMT Baş Assambleyası hələ 2022-ci ilin dekabrında bununla bağlı hüquqi nəticələrin qiymətləndirilməsi tələbi ilə çıxış edib.

 

Beynəlxalq Ədalət Məhkəməsinin rəyi məsləhət xarakteri daşıyır və məcburi deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...