Modern.az

Zelenski Xarkova getdi

Zelenski Xarkova getdi

Dünya

19 Fevral 2024, 16:36

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə gedib.

 

Modern.az xəbər verir ki, Ukrayna lideri bu barədə “Telegram”da yazıb.

 

Zelenski “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçilərini ziyarət etmək üçün səfər edib.

 

“Xarkov vilayəti. Kupyanskı müdafiə edən “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın komanda məntəqəsi. Briqada komandiri ilə mühüm məsələləri müzakirə etdik, əsgərlərlə söhbət apardıq, onlara mükafatlar təqdim etdik.

 

Müdafiəçilərimizlə birlikdə olmaq həmişə şərəfdir”, - deyə Zelenski qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə