Modern.az

Litva XİN başçısından həyəcan təbili: İkinci Pörl-Harboru gözləyə bilmərik

Litva XİN başçısından həyəcan təbili: İkinci Pörl-Harboru gözləyə bilmərik

Dünya

19 Fevral 2024, 16:44

"Biz ikinci Pörl-Harboru gözləyə bilmərik".

 

Modern.az xəbər verir ki, bunu ZDF televiziyasına müsahibəsində  Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

 

O xəbərdarlıq edib ki, Rusiya hər an hücum edə bilər. Nazir Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumundan qorxduğunu bildirib: "Bizim NATO-nun gücünü sınamaq niyyətində olan çox aqressiv qonşumuz var. Buna hazırlaşmalıyıq".

 

Onun sözlərinə görə, Rusiyadan təhlükə bütün istiqamətlərdən - cənubdan, şimaldan, şərqdən və qərbdən gəlir. Landsbergis qətiyyətlə Qərbin Ukraynaya gələcək hərbi yardımını və xüsusən də TAURUS uzaqmənzilli qanadlı raketlərin tədarükünə çağırıb.

 

"Ukraynaya TAURUS strateji səbəblərə görə lazımdır. Rusiyanı məğlub etmək lazımdır", - o deyib.

 

Nazir həmçinin əlavə edib ki, Almaniyanın Ukraynaya tədarük edə biləcəyi güclü texnikası var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə