Modern.az

Paşinyan Tomatı qəbul etdi

Paşinyan Tomatı qəbul etdi

19 Fevral 2024, 17:22

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatla görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə Paşinyan Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində fəaliyyətinin vacibliyini qeyd edib.

 

O əlavə edib ki, "missiyanın səmərəli fəaliyyəti regionda sülhün və sabitliyin təmin olunmasına" töhfə verir. Tərəflər Aİ-nin müşahidəçi missiyasının nəticələrinə və onun gələcək fəaliyyəti ilə bağlı məsələlərə toxunub.

 

Həmçinin Ermənistan və Aİ arasında çoxsahəli əməkdaşlığın daim inkişafının vacibliyini vurğulanıb.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...