Modern.az

ABŞ-da Prezidentlər Günüdür

ABŞ-da Prezidentlər Günüdür

Dünya

19 Fevral 2024, 19:06

Milyonlarla amerikalı ABŞ-da fevral ayının üçüncü bazar ertəsini Prezidentlər Günü kimi qeyd edir.

 

Modern.az xəbər verir ki, ilk dəfə 1879-cu ildə qeyd olunan Prezidentlər Günü ABŞ-ın ilk prezidenti, Amerikanın yekdilliklə seçilən yeganə dövlət başçısı Corc Vaşinqtonun ad günü münasibətilə fevralın 22-dən keçirilməyə başlayıb.

 

Sonradan Prezidentlər Gününün 1809-cu il fevralın 12-də dünyaya gələn Avraam Linkolnun ad günü münasibətilə iki tarix arasına keçirilməsinə qərar verilib. ABŞ-ın 16-cı prezidenti olan Avraam Linkoln Respublikaçılar Partiyasının banisidir. Amerikada quldarlığın ləğvi haqqında qanun məhz onun hakimiyyəti dövründə qəbul edilib.

 

Prezidentlər Günü hazırda ABŞ-ın gəlib-keçmiş bütün dövlət başçılarına həsr olunan federal bayram kimi qeyd edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə