Modern.az

Ukrayna üçün 12 milyard dollarlıq YARDIM

Ukrayna üçün 12 milyard dollarlıq YARDIM

Dünya

19 Fevral 2024, 22:50

Yaponiya Ukraynaya 12,1 milyard dollar məbləğində maliyyə yardımı edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşdən sonra özünün Telegram kanalında yazıb.

 

Şmıqalın sözlərinə görə, Kişida ilə görüşdə Ukrayna və Yaponiya arasında əməkdaşlıqla bağlı bir çox məsələlər müzakirə olunub. 

 

Bu məsələlərə vizanın liberallaşdırılması, ticarətin artması, həmçinin “Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi” daxildir.

 

Ümumilikdə, Ukrayna və Yaponiya baş nazirləri görüşdə 56 sənəd imzalayıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə