Modern.az

Albaniyanın Baş naziri Türkiyəyə gedir 

Albaniyanın Baş naziri Türkiyəyə gedir 

20 Fevral 2024, 00:16

Albaniyanın Baş naziri Edi Rama fevralın 20-də Türkiyəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin mətbuat xidməti y buayıb.

 

Edi Rama və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

 

Şuranın iclasında Türkiyə-Albaniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

 

NATO müttəfiqi Albaniya ilə görüşlərdə sülh və sabitliyin qorunması anlayışı əsasında ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq hadisələr, xüsusilə Balkanlarda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...