Modern.az

Malidə ağır avtomobil qəzası - 15 nəfər öldü

Malidə ağır avtomobil qəzası - 15 nəfər öldü

Dünya

20 Fevral 2024, 08:15

Malidə avtobus və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 15 nəfərin ölümü, 46 nəfərin yaralanması ilə nəticələnib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Mopti şəhərindən paytaxt Bamakoya yol almış avtobus “əks istiqamətdə hərəkət edən 10 tonluq yük maşını ilə toqquşub”.

 

“İlkin məlumata görə, 15 nəfər ölüb və 46 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır”, – qurumun açıqlamasında qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə