Litva Kalininqrada gedən tranzit qatarlardan sərnişinlərin enməsini qadağan edib.
Modern.az xəbər verir ki, bu barədə Litva Nazirlər Kabinetinin açıqlamasında bildirilir.
Kalininqrad vilayətinə tranzit qatarlarla gedən və digər Aİ ölkələrindən də vizası olan sərnişinlər Litvanın bu keçid məntəqələrində enə bilər.
Həmçinin Litva hökuməti martın 1-dən Belarusla sərhəddə fəaliyyət göstərən 4 nəzarət-buraxılış məntəqəsindən daha ikisini bağlamaq qərarına gəlib.