Modern.az

Borel İrəvana GEDİR

Borel İrəvana GEDİR

22 Fevral 2024, 16:02

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borel Ermənistana səfər etmək istəyir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos məlumat verib.

 

Onun səfəri Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) çərçivəsində martın 14-nə planlaşdırılan görüşlə bağlıdır.

 

Maraqos Brüsseldən olan həmkarlarının səfərindən çox şad olacağını və "İrəvanın da bu sevinci bölüşməli olduğuna" inandığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...