Modern.az

Baş nazir sələfinin kadrlarını \"təmizləyir\": Nazirdən sonra o da getdi

Baş nazir sələfinin kadrlarını \

1 Mart 2024, 14:22

Gürcüstan baş naziri İrakli Kobaxidze hökumət administrasiyasının rəhbəri Revaz Cavelidzeni vəzifəsindən azad edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi haqqında sərəncam dərc olunub.

 

Bundan başqa, səhər saatlarında səhiyyə naziri Zurab Azaraşvilinin baş nazirlə görüşdən dərhal sonra istefaya getdiyi məlum olub. Kobaxidze izah edib ki, idarənin işində nöqsanlar aşkar edib.

 

Cəmi bir həftə əvvəl yeni baş nazir jurnalistləri əmin etmişdi ki, hökumətdə heç bir dəyişiklik nəzərdə tutulmayıb və parlament demək olar ki, eyni tərkibdə (MN başçısı xaric) Nazirlər Kabinetini təsdiqləyib.

 

Kobaxidze növbəti kadr dəyişikliyini istisna etməyib: “Hələlik, ümumiyyətlə, məmnunam, amma əvvəlcədən heç nə deyə bilmərəm, bütün bunlar bir prosesdir, prosesdə çox şey ola bilər. Mən heç nəyi istisna etmirəm".

 

Gürcüstan mətbuatında nazirlərin növbəti istefaları proqnozlaşdırılır: Nazirlər Kabineti Kobaxidzenin sələfi İrakli Qaribaşvilinin kadrlarından “təmizlənəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə