Modern.az

Kılıç Rubinyanı İrəvanda görüşməyə dəvət etdi - TƏKLİF

Kılıç Rubinyanı İrəvanda görüşməyə dəvət etdi - TƏKLİF

1 Mart 2024, 14:46

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç erməni həmkarı Ruben Rubinyanı gələn həftə İrəvanda görüşməyə və “bununla tarixi hadisəyə imza atmağa” dəvət edib.

 

Modern.az xəbər verir ki, bu təklif Antaliya Diplomatiya Forumundakı panel müzakirəsində səsləndirilib.

 

Rubinyan ona cavab verib: “Biz sizinlə bunu sonra müzakirə edəcəyik və nə vaxt və harada görüşəcəyimizə qərar verəcəyik”.

 

Qeyd edək ki, Rubinyan Forumda iştirak üçün Türkiyədə səfərdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...