Modern.az

Türkiyədə daha bir ZƏLZƏLƏ

Türkiyədə daha bir ZƏLZƏLƏ

1 Mart 2024, 15:48

Türkiyənin Antalya vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Qazipaşa rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 32.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə