Modern.az

Ermənistanla normallaşmanı Azərbaycanla koordinasiya edəcəyik - ƏRDOĞAN

Ermənistanla normallaşmanı Azərbaycanla koordinasiya edəcəyik - ƏRDOĞAN

1 Mart 2024, 17:00

Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəyik.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb.

 

Ərdoğan Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını vurğulayıb.

 

Türkiyə lideri NATO-nun genişlənməsindən, Qəzzadakı müharibədən də bəhs edib. Ərdoğan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması zəruri olduğunu deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...