Modern.az

Alparslan Türkeşin deputat qızı bələdiyyə sədri olmaq istəyir - Adanada

Alparslan Türkeşin deputat qızı bələdiyyə sədri olmaq istəyir - Adanada

5 Mart 2024, 14:12

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ilk lideri olmuş Alparslan Türkeşin qızı Ayyüce Türkeş 31 martda keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Adana Böyük Şəhər Bələdiyyəsinin sədri olmaq istəyir.

 

Ayyüce Türkeşin namizədliyi İYİ Partiya tərəfindən irəli sürülüb. Siyasətçinin namizədliyi Ali Seçki Komissiyası tərəfindən rəsmi şəkildə təsdiqlənib. O, hazırda partiyanın eyni şəhəri təmsil edən deputatıdır.

 

Belə ki, xanım siyasətçi 14 may 2023-cü ildə keçirilmiş parlament seçkilərində Millət İttifaqı çərçivəsində İYİ Partiyanın proporsional siyahısından Türkiyə Böyük Millət Məclisinə (TBMM) düşə bilib.

 

Həmin seçkidə onun ata bir ana ayrı olan, ögey qardaşı Tuğrul Türkeş də hakim Ədalət və İnkişaf Partiyasından (AKP) parlamentə seçilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir