Modern.az

Belçikada onlarla Rusiya casusu deportasiya edilib

Belçikada onlarla Rusiya casusu deportasiya edilib

5 Mart 2024, 15:14

Belçika son aylarda onlarla Rusiya casusunu deportasiya edib.

 

Modern.az "The Brussels Times"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Aleksander De KrU bildirib.

 

O deyib ki, casuslar Rusiya diplomatları olub.

 

Nəşr yazır ki, məxfi məlumatları Moskvaya ötürmək üçün Rusiya səfirliklərində peyk rabitəsi avadanlığı quraşdırılıb.

 

Belə ki, Belçika şəhərlərindən birində həm rabitə, həm də müşahidə üçün istifadə oluna bilən ən azı 17 peyk antenası və bir neçə rabitə avadanlığı quraşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...