Modern.az

Hindistan Ermənistana 155 milyonluq silah satışını TƏSDİQLƏDİ

Hindistan Ermənistana 155 milyonluq silah satışını TƏSDİQLƏDİ

8 Mart 2024, 22:39

Ermənistan bu yaxınlarda Hindistandan 155 mm çaplı ATAGS yedəkdə daşınan artilleriya qurğuları alıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Army Recognition” onlayn nəşri yazıb.

 

Bildirilir ki, Hindistan 155 milyon dollar dəyərində 84 ədəd artilleriya tədarükü qərarını təsdiqləyib.

 

ATAGS-ın atəş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan 6 ATAGS qurğusu alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat