Modern.az

Rusiya səfiri Rumıniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Rumıniya XİN-ə ÇAĞIRILDI

Dünya

17 Mart 2024, 14:58

Rusiya səfiri Valeri Kuzmin Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, buna səbəb Rumıniya qızılı ilə bağlı şərhlər olub.

 

Belə ki, martın 14-də Avropa Parlamenti “Rusiya tərəfindən qanunsuz olaraq mənimsənilmiş Rumıniya milli sərvətlərinin geri qaytarılması haqqında” qətnamə qəbul edib. Söhbət o cümlədən 1916-1917-ci illərdə Rusiya imperiyasına aparılan qızıl və tarixi arxivlərdən gedir.

 

Rusiya səfirliyi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Rumıniyanın Üçüncü Reyxlə birlikdə SSRİ-yə hücum etdiyini” bildirən və Buxarestin Moskvaya olan borclarının silindiyini xatırladan bəyanatı ilə cavab verib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?