Modern.az

Paşinyan Moskvaya gedəcək - KİV

Paşinyan Moskvaya gedəcək - KİV

22 Mart 2024, 12:30

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi Birliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley sammitində iştirak edəcək. Lakin Ermənistan baş nazirinin 9 May Qələbə bayramına həsr olunmuş illik tədbirlərdə iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.

 

"Ermənistan-Rusiya münasibətlərinin hazırki vəziyyətinə baxsaq, bu ağlabatan deyil", - deyə nəşr yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...