Modern.az

İndoneziya sahillərində ZƏLZƏLƏ

İndoneziya sahillərində ZƏLZƏLƏ

24 Mart 2024, 10:17

İndoneziya sahillərində 5,7 maqnitudada zəlzələ zəlzələ qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

 

Təbii hadisənin episentri təxminən 77,2 min nəfər əhalisi olan Ende şəhərindən 85 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

Dünən də İndoneziyanın Sumatra adası sahillərində 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir