Modern.az

Gürcüstanda ölüm doğumu ÜSTƏLƏYİB

Gürcüstanda ölüm doğumu ÜSTƏLƏYİB

28 Mart 2024, 17:16

Ötən ilin nəticələrinə görə, yenidən Gürcüstanda ölüm göstəricisi doğum göstəricisini üstələyir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki,  2023-cü ildə Gürcüstanda doğulanlardan 2542 nəfər çox adam ölüb.

 

Amma 2022-ci illə müqayisədə fərq azalıb. 42 756 nəfər ölüb ki, bu da 2022-ci illə müqayisədə 13% azdır. Həmin il Gürcüstanda doğulanlardan 6,8 min çox insan ölmüşdü.

 

Tifilis, Acarıstan və Borçalı (Kvemo Kartli) regionu istisna olmaqla, bütün regionlarda əhalinin təbii artımında mənfi tendensiya qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə