Modern.az

Nikol Paşinyan istefa verir? - ŞOK İDDİA

Nikol Paşinyan istefa verir? - ŞOK İDDİA

1 Aprel 2024, 11:36

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi patiyanın təcili toplantısını çağırıb.
 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "armlur.am" saytı məlumat yayıb.

 

Saytın iddiasına görə, Paşinyan Ermənistanın işğalı altında olan kəndlərlə bağlı gərgin vəziyyəti yumşaltmaq üçün istefa vermək qərarına gəlib. Nəşr yazır ki, Paşinyan bu qərarla özünü və hökumətini xilas etmək niyyətindədir.


İddiada qeyd olunur ki, Ermənistanda sentyabrın 10-da növbədənkənar parlament seçkiləri keçirilə bilər.


Qeyd edək ki, Ermənistanda bir neçə aydır növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialar yayılıb. Məlumata görə, Paşinyan və komandası regionlara ardarda səfərlər edir və ictimai rəyin öyrənməyə çalışır.


“Joğovurd” qəzeti ötən həftə yazıb ki, Ermənistan daxilində aparılan müxtəlif sorğuların və canlı təmasların nəticələri ölkə hakimiyyətini məyus edib. Qeyd olunur ki, uzun müddətdir, ya şəxsən kəndlərə baş çəkir və yerli sakinlərlə ünsiyyət qurur, ya da komanda yoldaşlarını ora göndərir. Səfərlərin məqsədi ictimai əhval-ruhiyyəyəni və xalq arasında reytinqi öyrənməkdir. “İnsanlarla canlı təmaslar, yumşaq desək, hakimiyyəti dərin məyus etdi, çünki onlar reytinqlərinin çox kəskin şəkildə düşdüyünü açıq şəkildə gördülər”, - məqalədə qeyd olunur.

 

Bildirilir ki, reytinq aşağı düşdüyü üçün Ermənistan hakimiyyəti növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlərini dəyişə bilər.
 

Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.


“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq", - deyə rəsmi Bakının bəyanatında vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?