Modern.az

Rusiyada 5 bal gücündə ZƏLZƏLƏ

Rusiyada 5 bal gücündə ZƏLZƏLƏ

15 May 2024, 08:42

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.

 

Məlumata əsasən, zəlzələnin ocağı 96 km dərinlikdə yerləşib. Yeraltı təkanları episentri Petropavlovsk-Kamçatski şəhər dairəsində 78 km cənub-şərqdə, Avaça körfəzinin sularında olub.

 

Bildirilib ki, xəsarət alanlar və dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat