Modern.az

Polşada Rusiya kəşfiyyatına işləyən 9 nəfər SAXLANILDI

Polşada Rusiya kəşfiyyatına işləyən 9 nəfər SAXLANILDI

21 May 2024, 10:14

Polşada Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə təxribat törətmək ittihamı üzrə 9 nəfər həbs edilib.

 

Modern.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk TVN24 telekanalında bildirib.

 

Baş nazirin sözlərinə görə, söhbət muzdlulardan gedir. Həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var. Tusk təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdini göstərib.

 

O, yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini “danılmaz” adlandırıb. Baş nazir əlavə edib ki, oxşar təxribat aktları Litvada, Latviyada və İsveçdə də həyata keçirilir.

 

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirmişdi ki, son günlər ölkədə bir neçə ciddi yanğın hadisəsi baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir