Modern.az

Londonda Fələstinə dəstək aksiyası - 40 nəfər saxlanıldı

Londonda Fələstinə dəstək aksiyası - 40 nəfər saxlanıldı

Dünya

29 May 2024, 17:52

Londonda parlament və hökumət binalarının olduğu Vestminster ərazisində keçirilən Fələstinə dəstək aksiyası zamanı polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

Modern.az BBC telekanalına istinadla xəbər verir ki, etiraz aksiyası zamanı 3 polis məmuru yaralanıb, 40 nəfər saxlanıb.

Polisin bildirdiyinə görə, Fələstin Həmrəylik Qrupu da daxil olmaqla müxtəlif qrupların koalisiyası tərəfindən təşkil edilən etiraz aksiyası dünən (mayın 28-də) saat 18:00 radələrində başlayıb və axşam saat 20:00-da bitməsi planlaşdırılıb. Ancaq aksiya iştirakçılarından təxminən 500-ə yaxını ərazini tərk etməyib və bunun nəticəsində polislə qarşıdurma yaranıb.

Polis məmurlarından biri izdihamdan butulka atılması nəticəsində üz nahiyəsindən ciddi yaralanıb, iki məmur isə yüngül xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?