Modern.az

İstanbulda gəmi yandı: ölənlər var 

İstanbulda gəmi yandı: ölənlər var 

Dünya

1 Noyabr 2024, 00:34

Türkiyənin Yalova şəhərindən Bolqarıstana səfər edən “FG Sevıl” adlı yük gəmisində yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisə İstanbulun Pendik rayonu ərazisində baş verib. Yanğın yerinə Türkiyənin sürətli xilasetmə qayıqları yönləndirilib. Hadisə zamanı iki dənizçi həyatını itirib.

 

Gəmidə 17 heyət üzvü və 8 gəmiqayırma işçisi olub. Uzunluğu 104 metr olan gəminin İstanbulun Kartal bölgəsindəki dəniz vasitələrinin texniki xidmət sahəsinə gətiriləcəyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə