Modern.az

Baxçalı xəstəxanaya yerləşdirildi: toplantı LƏĞV EDİLDİ

Baxçalı xəstəxanaya yerləşdirildi: toplantı LƏĞV EDİLDİ

5 Fevral 2025, 23:41

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstəxanaya yerləşdirilib.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

MHP sədrinin müavini Semih Yalçın Dövlət Baxçalının səhhətinin yaxşı olduğunu bildirib.

O, bu həftə keçirilməsi gözlənilən fraksiya toplantısının Dövlət Baxçalının davam edən öskürək problemi səbəbindən ləğv edildiyini deyib:

"Bəzi dairələr hörmətli sədrimizin xəstəliyi ilə bağlı cəmiyyətdə əsassız şayiələr yaymağa başlayıb, qəsdən və şər niyyətli fərziyyələr irəli sürməyə cəhd edilib". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi